Niyazabad kəndi

Niyazabad kəndi

Xaçmazın tarixini onun yaxınlığında yerləşən  Nizovanın tarixindən kənarda təsəvvür etmək çətindir.Bu yaşayış məntəqəsinin IV əsirin sonlarında Sasani hökümdarı I Yezdəgird  tərəfindən qoyulması haqqında mənbələrdə məlumat vardır.Mənbələrdə o Niyazabad kimi xatırlanır və qeyd olunur ki,bu yaşayış məntəqəsi dəfələrlə şimaldan Dərbənd keçidi vasitəsi ilə bu yerlərə basqın edən köçəri türk tayfalarının zərbələrinə məruz qalmış,ərəblərlə Xəzərlərin dönə-dönə üzücü müharibələrinin meydanına çevrilmişdir.Sonralar Niyazabad monqol hücumları zamanı tamamilə dağıdılmışdır.Monqolların bu yerlərdə olmasını sübut edən dəlillərdən biri də arxeoloji qazıntılar zamanı  Abaqa xan tərəfindən  və digər monqol hakimləri tərəfindən zərb edilmiş pulların tapilmasıdır.Həmin sikkələr hal-hazırda Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində hifz olunur .Yeri gəlmişkən qeyd edək ki ,Niyazabadın Xəzər sahilində əlverişli-coğrafi mövqeydə yerləşməsi sonralar onun liman şəhəri kimi canlanmasına səbəb olmuşdur.Məhşhur türk səyyahı  Övliyya Çələbi XVII əsrdə bu liman-şəhərdə olmuş,onun haqqında qiymətli məlumatlar vermişdir.Səyyahın qeydlərinə görə o,Niyazabadda 40 məhəllənin 40 məscidini,çoxsaylı yaşayış evlərinin hamam və bazarın olduğnu görmüşdür.Şirvan bəylərbəyliyinin Müşgür mahalına daxil olan Niyazabad haqqında Avropa və rus səyyahlarından  F.A.Kotov, Antoni Cekinson, Entermoni Bel , M.Baryatinski, Ambroziko Kontarini və b.maraqlı məlumatlar verirlər.

XVII əsrdə Azərbaycanda olmuş Alman səyyahı Adam  Oleari  Niyazabad yaşayış məntəqəsi haqqında öz qeydlərində göstərmişdir  ki, buradakı dağınıq evlər adətən çiy kərpicdən  və ya palçıqdan dördkünc şəkildə tikilmişdir.Yay aylarında sərin olsun deyə insanlar evlərin üsdündə yatırdılar.Evlər sadə qurluşlu olsa da yaşayış üçün əlverişli idi. Otaqlar xalçalarla döşənmişdir. Niyazabad İranın Xəzərdə yerləşən limanı olmaqla Şirvan bəylərbəyliyinin iqdisadi ticari həyatında mühüm rol oynamışdır.Sonralar,daha dəqiq desək  XVIII əsrdə Xəzər Bakının daha əhəmiyyətli limanına  çevrilməsi,dənizdə gedən təbii proseslərə əlaqədar Niyazabad limanın dayazlaşması, gəmilərin ona yaxınlaşmasını çətinləşdirmiş və tədricən bir liman kimi əhəmiyyətini azaltmışdır.Sonralar Xəzərin səviyyəsinin aşağı düşməsi, feodal ara çəkişmələri Niyazabadın tənəzzülülünə səbəb olmuşdur.